Bir sürücü iki yol polisinin üst-başını cırıb xəsarət yetirdi - CİNAYƏT İŞİ AÇILIB
Yol polisi
9 Sentyabr 2021 10:36

Sabirabad rayonunda polislərə qarşı zor tətbiq edilib. Bu barədə Avtosfer.az-a rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Belə ki, Sabirabad şəhəri H.Əliyev prospektində “VAZ-2106” markalı 10-CE-632 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Azər Həsənov qayda pozuntusuna yol verdiyinə görə həmin ərazidə xidmət aparan Sabirabad RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin yol patrul xidməti əməkdaşları Naməddin İbrahimov və Ramik Rəhimov tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi səbəbindən polis əməkdaşlarını nalayiq ifadələrlə söyüb-təhqir edib, onlara hücum edərək geyim formasını çıxardıb, eləcə də, zor tətbiq etməklə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.
Azər Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Oxunub : 1640
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
12 Noyabr 2026 14:41
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
11 Noyabr 2026 12:00
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
10 Noyabr 2026 11:54
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
9 Noyabr 2026 14:00
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
9 Noyabr 2026 11:12
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
7 Noyabr 2026 13:30
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
7 Noyabr 2026 11:54
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
6 Noyabr 2026 17:06
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
6 Noyabr 2026 16:06
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
6 Noyabr 2026 16:00
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
6 Noyabr 2026 12:06
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
ŞƏRH YAZ













