Qaydaları pozan piyada və sürücülərə qarşı tədbir keçirilib - FOTO - VİDEO

Şabran rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları qaydaları kobud şəkildə pozanlara qarşı nəzarət profilaktiki tədbir keçiriblər. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə şəhərin müxtəlif ərazilərində təşkil edilən tədbir zamanı bəzi sürücülər yol hərəkəti qaydalarını pozaraq piyadalara yol vermədiyi üçün DYP əməkdaşları tərəfindən cərimə ediliblər. Eyni zamanda, bəzi piyadalar da yolun onlara aid olmayan hissəsindən keçərək nəqliyyat vasitələrinin hərəkətinə mane olublar. Həmin şəxslər barəsində də qanunamüvafiq tədbirlər görülüb
Yol nişanlarının qarşısında maşın saxlayan, piyada keçidlərində taksi fəaliyyəti ilə məşğul olan sürücülər də məsuliyyətdən kənarda qalmayıblar.
Nəzarət profilaktiki tədbirlər zamanı qaydaları pozan vətəndaşların diqqətinə çatdırılıb ki, təyin olunmayan yerlərdən yolu keçmək onların həyatları üçün təhlükə doğurur. Eyni zamanda, nəqliyyat vasitələrinin yoluna çıxaraq sürücülərə də təhlükə yaratmaq olmaz. DYP qəza baş verməməsi üçün qaydalara əməl etməyi tövsiyyə edir. Qeyd edək ki, bu kimi tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














