Şabranda yol polisi əməkdaşları təhlükəsizlik tədbiri keçiriblər - FOTO

Şabran rayonunun inzibati ərazisindəki küçə və yollarda yol polisi tərəfindən qəzaların qarşısının alınması, yarana biləcək süni sıxlığın aradan qaldırılması üçün proflaktiki tədbirlər görülür, yol hərəkəti qaydalarının kobud şəkildə pozulması və digər hallara qarşı mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan Avtosfer.az-a verilən məlumata görə Şabran RPŞ Dövlət Yol Polisi bölməsi əməkdaşları rayon ərazisində piyadaların hərəkətinin intensiv olduğu küçə və yollarda maarifləndirici tədbirlər keçirib. Tədbirlər zamanı piyadalara yol verməyən sürücülər aşkarlanıb. Onların barəsində qanunamüvafiq qaydada tədbirlər görülüb. Piyadalara diqqət göstərilməsi, piyada zolaqlarına, piyadlarla bağlı xəbərdaredici və məlumatverici nişanlara diqqət yetirilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin piyadalar tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması və qəza şəraitinin yaradılması kimi hallar da aşkarlanıb. Piyadalarla maarifləndirici söhbətlər aparmaqla yanaşı kobud şəkildə qayda pozuntusuna yol verənlər barəsində tənbeh tədbirləri tətbiq edilib.
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO













