Sabunçu yol polisi toy karvanında videosu yayılan 4 "avtoşu" belə cəzalandırdı - VİDEO

Avtoxuliqanlıq edərək video çəkib sosial şəbəkələrdə yayan 4 şəxs həbs edilib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonunda baş verib. Toy karvanında avtoxuliqanlıq edən 4 sürücünün videosu "TikTok" sosial şəbəkəsində yayılandan sonra Sabunçu rayon Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları dərhal həmin görüntülərlə bağlı araşdırmalara başlayıb. Nəticədə İsayev Məhəmməd Xanlar oğlunun idarə etdiyi 90-XO-618 dövlət nömrə nişanlı "Niva", Hadıyev Sadiq Nəzirhüseyn oğlunun idarə etdiyi 10 -GT-150 dövlət nömrə nişanlı "VAZ 2106", Rahibzadə Həsən Teyyub oğlunun idarə etdiyi 10-ND-286 dövlət nömrə nişanlı "VAZ 2103" və Babayev İsrail Bəyəli oğlunun idarə etdiyi 01-BA-631 dövlət nömrə nişanlı "VAZ-2106" markalı avtomobillər saxlanılıb. Sürücülər Sabunçu rayon Polis İdarəsinə gətirilib. Barələrində toplanmış materiallar aidiyyəti üzrə Sabunçu rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücülərin hər biri sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 20 gün inzibati qaydada həbs edilib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, yol polisi sosial şəbəkələrdə bu cür neqativ hallara yol verən, eyni zamanda bunu ictimailəşdirərək pis nümunə olan sürücülərə qarşı ciddi mübarizə aparır. "Sabunçu rayonu ərazisində qeydə alınmış fakt sadəcə bunlardan biridir. Yol polisi olaraq bir daha sürücülərə müraciət edərək bildiririk ki, toy karvanında hərəkətdə olarkən qaydalara riayət etsinlər. Sosial şəbəkələrdə video çəkib yayan zaman bu dərhal nəzarətə götürülüb və ciddi tədbirlər görülür. Bununla da digər hərəkət iştirakçılarına təhlükə törədən sürücülərin qarşısı alınır. Bu vasitə ilə sürücüləri qaydalara əməl etməyə səsləyirik”.
Fərid
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













