Salyanda yol polisi məktəblilər arasında maarifləndirici tədbir keçirib - FOTO

Respublikamızın ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması ilə əlaqədar uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən 2022-ci ilin sentyabr ayının 15-dən oktyabrın 15-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, bu istiqamətdə Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən A.Əliyev adına Aşağı Kürkənd tam orta məktəbində hərəkət iştirakçılarının məlumatlandırılması məqsədilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis baş leytenantı Orxan Həsənov bildirib ki, bu cür marifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısını almaqdır. O, şagirdlərə yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçirlərinin əhəmiyyətindən danışıb, nişanlardan düzgün istifadə qaydaları haqqında məlumat verib. Şagirdlərə hərəkətin sıx və intensiv olduğu küçələrdə hərəkət edərkən daha ehtiyatlı olmalarını başa salan O.Həsənov, yol ayrıclarında piyada keçidlərindən istifadə etmələri bildirib.
Tədbirin sonunda polis əməkdaşları tərəfindən şagirdlərə təhlükəsizlik qaydaları əyani şəkildə izah olunub. Təhsil müəssisəsinin ətrafında yerləşən yolda davam edən tədbirdə, şagirdlərə piyada keçidində istifadə qaydaları əyani şəkildə göstərilərək, onlara hərəkətin təhlükəsizliyi barədə dəyərli tövsiyələr verilib.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















