Samuxda “Təmiz hava” aylığı çərçivəsində 9 sürücü məsuliyyətə cəlb edilib - FOTO

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə profilaktiki tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, bu cür tədbirlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.
Polis əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Araşdırmalar zamanı 9 nəfər sürücü inzibitai məsuliyyətə cəlb edilib.
Bundan başqa polis əməkdaşlar tərəfindən piyada keçidlərindən istifadə etməyən şəxslər də saxlanılıb və onlarla profilaktik söhbətlər aparılıb. Bu kimi qayda pozuntularının onların həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu izah edilib. Edilən xəbərdarlıqlara baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulan hissəsindən keçməyən 6 nəfər barəsində müvafiq tədbir görülüb.
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
















