Şəhid ailəsindən yol polislərinə təşəkkür - Gecə yarısına qədər yanımızda oldular - VİDEO

Dünən Müdafiə Nazirliyinin hərbi qulluqçusu olmuş baş leytenant, qazi Aydın Əlibaba oğlu Həsrətov dünyasını dəyişib. Bu barədə şəhidin yaxınları Avtosfer.az-a məlumat verib. Bildirilib ki, Aydın Həsrətov aprel döyüşlərində və Vətən Müharibəsində iştirak edib. Döyüşlərdə yaralansa da, məlumat verməyib və döyüşə davam edib. Müharibədən sonra başında şiş əmələ gələn qazi hərbi hospitalda uzun müddət müalicə olunub. Dünən isə evində dünyasını dəyişib.
Şəhidin cənazəsi məsciddə yuyulduqdan sonra ailəsinə təhvil verilməsi üçün Suraxanı rayonu, Hövsan qəsəbəsinə aparılıb. Bu zaman ərazidə xidmət aparan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin 99 YP 329 dövlət nömrə nişanlı patrul avtomobilində xidmət aparan əməkdaşları cənazəni aparan maşın karvanını müşaiyət edib.
Şəhidin yaxınları bildirib ki, yol polisləri gecə yarısına qədər onların yanında olub və köməklik göstərib. Serjant Anar Camalov və Cümşüd Muxtarovun bu cür davranışına görə şəhid ailəsi onlara təşəkkürünü bildirib. Hərbiçimizin ailə üzvləri bununla bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinə də müraciət edib.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ




















