Şəki DYP "Diqqət uşaqlar!"aylığı ilə bağlı tədbirləri davam etdirir - FOTO

Şəki Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru,polis baş leytenantı Tural Niftalıyev, 11 oktyabr 2021-ci il tarixdə Şəki rayonu, Qoxmuq kənd tam orta məktəbin 1-ci və 2-ci sinif şagirdləri ilə maarifləndirici tədbir keçirib. Tədbir mövcud pandemiya qaydalarına uyğun olaraq, açıq hava şəraitində və sosial məsafə gözlənilməklə keçirilib. Tural Niftalıyev şagirdlərə sentyabr ayının 20-dən oktyabr ayının 20-dək respublika ərazisində "Diqqət, uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsi barədə məlumat verib. Daha sonra, polis baş leytenantı şagirdlərə küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə “Piyadanın vəzifələrini” öyrədib. Daha geniş məlumatlar əldə etmələri üçün onlara “Piyadanın vəzifələri” qeyd olunmuş maarifləndirici vərəqlər paylayıb. Tədbir diskusiya şəklində keçirilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb. Sualların cavablandırılmasında aktivlik göstərərək fərqlənən, məktəbin 1 C sinif şagirdi Məmmədsalahova Aylin Kazım qızı Şəki Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev tərəfindən yol hərəkəti qaydalarının daha rahat və asan şəkildə mənimsənilməsi üçün vəsaitlə mükafatlandırılıb. Tural Niftalıyev, tədbirin keçirilməsində əsas məqsədin uşaq travmatizminin qarşısının alınması olduğunu qeyd edib. Məktəbin direktoru, Kəmalə Həsənova bu cür tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, Tural Niftalıyevə minnətdarlığını bildirib.
Vilayət Eyvazov Göyçayda sıra baxışı keçirdi - 230 nəfər növbəti mərhələdə - FOTO - VİDEO
Masallıda atlara işgəncə edən şəxs cəzalandırıldı - VİDEO
Vilayət Eyvazovdan yeniyetmələrlə bağlı TƏLƏB
Azərbaycanda cinayətlərin 90 faizdən çoxu açılıb
Yol qəzalarında ölüm və xəsarətlərin sayı azaldı - Vilayət Eyvazov AÇIQLADI
Vilayət Eyvazov Kollegiya iclası keçirdi - Rəislərə tapşırıqlar verdi
Yol polisi orta məktəbdə uşaqların suallarını cavablandırdı - FOTO
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
"Mümkün qədər günün işıqlı vaxtı yol çıxın” - DYP
DYP qəzaların gizli səbəblərini üzə çıxaran layihəyə start verdi - VİDEO
Bakıdakı qəzaların 63 faizdən çoxu piyadavurma hallarıdır – RƏSMİ - VİDEO















