Şəki DYP məktəbdə tədbir keçirib - FOTO

Şəki Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru,polis baş leytenantı Tural Niftalıyev, GİKM-nin Şəki nümayəndəliyinin direktoru, Sahil Babazadə ilə bilikdə Şəki şəhəri, Rəşid Bəy Əfəndiyev adına 10 nömrəli tam orta məktəbin IX-XI sinif şagirdləri ilə maarifləndirici tədbir keçirib. Tədbir mövcud pandemiya qaydalarına uyğun olaraq, açıq hava şəraitində və sosial məsafə gözlənilməklə keçirilib.
Polis baş leytenantı Tural Niftalıyev, tədbirin keçirilməsində əsas məqsədin yeniyetmə və gənclərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktiki tədbirlərin gücləndirilməsi olduğunu qeyd edib. Belə ki, Şəki DYP tərəfindən əvvəlki tədbirlər, məktəblərin ibtidai sinif şagirdləri ilə uşaq travmatizminin qarşısının alınması məqsədilə keçirilib.
Bu gün keçirilən tədbirdə isə Şəki DYP və GİKM məktəbin yuxarı sinif şagirdlərini maarifləndirib. Şagirdlərə, küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə “Piyadanın vəzifələri” barədə ətraflı məlumat verdikdən sonra, Tural Niftalıyev, məktəbin giriş-çıxış qapısının önündə asılması üçün direktor, Büllur Abdulsəlimliyə “Piyadanın vəzifələri” qeyd olunmuş “DYP GUŞƏSİ” hədiyyə edib. Büllur Abdulsəlimli, bu cür tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, qonaqlara minnətdarlığını bildirib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ

















