Şəki DYP təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir - FOTO

2022-ci il oktyabrın 4-də Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev Şəki şəhəri Fizika-Riyaziyyat və Humanitar Təmayüllü Liseyin ibtidai sinif şagirdləri ilə maarifləndirici tədbir keçirib. Tədbir zamanı, qeyd olunub ki, respublikamızın ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması ilə əlaqədar küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğu bir şəraitdə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması vacib məsələ kimi qarşıda durur.
Bu səbəbdən, uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılması məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən 2022-ci ilin sentyabr ayının 15-dən, oktyabr ayının 15-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, eləcə də Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi aylıq çərçivəsində bütün təhlükəsizlik tədbirlərini həyata keçirir.
Şagirdlərə piyadanın vəzifələri barədə ətraflı izahlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Şagirdlər, yol hərəkəti qaydalarına aid şeirlər səsləndirib, rəsm əsərləri və digər əl işlərini nümayiş etdiriblər.
Tədbirin yekununda, Şəki şəhəri Fizika-Riyaziyyat və Humanitar Təmayüllü Liseyin direktoru Firqət Məmmədov çıxış edərək bildirib ki, polis baş leytenantı Tural Niftalıyev hər il bütün məktəblərdə, eləcədə Fizika-Riyaziyyat və Humanitar Təmayüllü Liseydə il ərzində 2 dəfə olmaqla, 1 dəfə ibtidai sinif şagirdləri ilə, 1 dəfə isə yuxarı sinif şagirdləri ilə maarifləndirici tədbir keçirir. Onun ümumtəhsil müəssisələri ilə sıx əməkdaşlıq etməsinin, fəal maarifləndirmə işləri aparmasının nəticəsidir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi tərəfindən 2019-cu il oktyabrın 14-də keçirilən yol hərəkəti qaydalarına aid şeir müsabiqəsində Liseyin şagirdi Məmiyeva Mərziyə Elbrus qızı III yeri tutaraq “Fəxri Fərmanla” təltif olunub. Liseyin direktoru Firqət Məmmədov sonda, belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, şagirdləri maarifləndirdiyinə görə, məktəblilərin sevimlisi, polis baş leytenantı Tural Niftalıyevə məktəb kollektivi adından bir daha minnətdarlığını bildirib.
Yol polisindən XƏBƏRDARLIQ: İsti havalarda bu qaydalara riayət edin! - FOTO
Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO
Azərbaycanda cərimə balları silindi - Sonra isə...
Polisin kişilərə qarşı diskriminasiyası
İsmayıllıda motosiklet “Opel”i 2 yerə böldü - DYP-dən AÇIQLAMA - VİDEO
Yol polisi sürücülərə çağırış etdi
Sürücü hərəkətə başlamazdan əvvəl sərnişinə xəbərdarlıq etməlidir – DYP-dən ÇAĞIRIŞ
Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşdü - FOTOLAR
Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO


















