Şəki DYP uşaq bağçasında maarifləndirici tədbir keçirib - FOTO

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru,polis baş leytenantı Tural Niftalıyev 2022-ci il iyulun 15-də Şəki Şəhər 1 Saylı Uşaq bağçasında maarifləndirici tədbir keçirib.
Avtosfer.az xəbər verir ki, tədbirin keçirilməsinin məqsədi , uşaqlar gələcəkdə,böyüyəndə yol hərəkəti qaydalarını daha rahat və asan şəkildə mənimsəsinlər deyə,onlarda indidən yol hərəkəti qaydalarının öyrənilməsinə həvəs və marağın artırılmasıdır. Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev uşaqlara küçə,yol,səki,piyada,piyada keçidi,işıqfor və digər anlayışlar barədə ətraflı məlumat verib . Uşaqlar, yol hərəkəti qaydalarına aid bilik və bacarıqlarını nümayiş etdiriblər. Yol hərəkəti qaydalarına aid şeir və mahnılar səsləndiriblər. Ən yaxşı şeir söyləyərək fərqlənən Kərimova Zəhra Anar qızına təbliğat və təşviqat üzrə inspektor,polis baş leytenantı Tural Niftalıyev tərəfindən həvəsləndirici mükafat,hədiyyə təqdim olunub. Şəki Şəhər 1 Saylı Uşaq Bağçasının müdiri, Aysel Abdulqədirova belə maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru,polis baş leytenantı Tural Niftalıyevə minnətdarlığını bildirib.
Yol polisindən XƏBƏRDARLIQ: İsti havalarda bu qaydalara riayət edin! - FOTO
Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO
Azərbaycanda cərimə balları silindi - Sonra isə...
Polisin kişilərə qarşı diskriminasiyası
İsmayıllıda motosiklet “Opel”i 2 yerə böldü - DYP-dən AÇIQLAMA - VİDEO
Yol polisi sürücülərə çağırış etdi
Sürücü hərəkətə başlamazdan əvvəl sərnişinə xəbərdarlıq etməlidir – DYP-dən ÇAĞIRIŞ
Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşdü - FOTOLAR
Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO













