Şəki polisi ASAN Xidmət mərkəzində tədbir keçirib - FOTO

Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşəbbüsü ilə "Gənclər narkomaniyaya yox deyir" və "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında maarifləndirici tədbirlər davam etdirilir.
Növbəti tədbir, mayın 11-iŞəki ASAN xidmət mərkəzində keçirilib.
Tədbirdə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradov, xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Vüqar Xəlilov, təşkilati inspektor qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Maqsud Məsimov, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, eləcə də polis şöbəsinin istintaq, təhqiqat, ictimai təhlükəsizlik və Dövlət Yol Polis Bölmələrinin rəisləri, o cümlədən ASAN xidmət mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Bəhruz Nəsibov, mərkəzin əməkdaşları və orada fəaliyyət göstərən könüllülərHüsey iştirak ediblər.
"Gənclər narkomaniyaya yox deyir" mövzusunda Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradov, "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzusunda isə Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev geniş məruzə ediblər.Daha sonra, polis şöbəsinin aidiyyəti xidmət rəhbərləri tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Tədbirin yekununda, ASAN xidmət mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Bəhruz Nəsibov, belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, maarifləndirici tədbirin keçirilməsinə görə, polis şöbəsinin rəisi Azər Muradova və əməkdaşlarına öz minnətdarlığını bildirib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
























