Şəki polisi kollec tələbələrini maarifləndirdi - FOTO

Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşəbbüsü ilə "Gənclər narkomaniyaya yox deyir" və "Sürücülük hüququ olmadan nəqliyyat vasitələrinin idarə ediməsinin yol verilməzliyi, yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında maarifləndirici tədbirlər davam etdirilir. Növbəti tədbir Şəki Tibb kollecində keçirilib. Tədbirdə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradov, təşkilati inspektor qrupunun baş inpektoru, polis polkovnik-leytenantı Maqsud Məsimov, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, kollecin direktoru Elmira Hacıyeva, müəllimlər və tələbələr iştirak ediblər.
Qeyd olunan mövzularla bağlı çıxışlar edilib, videoçarx nümayiş etdirilib və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tədbirin yekununda, Şəki Tibb Kollecinin direktoru Elmira Hacıyeva belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, maarifləndirici tədbirin keçirilməsinə görə polis şöbəsinin rəisi Azər Muradova və əməkdaşlarına öz minnətdarlığını bildirib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ

















