Şəki yol polisi "Diqqət uşaqlar!" aylığı çərçivəsində tədbir keçirib - FOTO - VİDEO

Respublikamızın ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması ilə əlaqədar küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğu bir şəraitdə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması vacib məsələ kimi qarşıda durur.
Bu səbəbdən, uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılması məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən 2022-ci ilin sentyabr ayının 15-dən, oktyabr ayının 15-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcəkdir.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, eləcə də Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi aylıq ərəfəsində bütün təhlükəsizlik tədbirlərini həyata keçirir.
Aylıq ərəfəsində, 13 sentyabr 2022-ci il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev Şəki şəhəri ərazisində aylığın keçirilməsi barədə sürücülərin məlumatlandırılması məqsədi ilə tədbir keçirib. Tədbir zamanı, 45 sürücü saxlanılaraq onlara maarifləndirici vərəqələr paylanıb. Sürücülərə təqdim edilən vərəqələrdə onların yaddaşlarını təzələmələri üçün, Yol Hərəkəti Haqqında Qanunun 54-cü maddəsi və Azərbaycan Respublikası İXM-nin 330.0.1 və 330.0.2-ci maddələri qeyd olunub. O cümlədən, 50 piyada saxlanılaraq onlara da maarifləndirici vərəqələr paylanıb. Piyadalara təqdim edilən vərəqələrdə isə, onların yaddaşlarını təzələmələri üçün, Yol Hərəkəti Haqqında Qanunun 40-cı maddəsi, “Piyadanın vəzifələri” qeyd olunub.
Şəki Dövlət Yol Polisi, məktəb və məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə, eləcə də valideynlər və ictimai qurumların nümayəndələrinə müraciət edir ki, piyadaların, xüsusilədə məktəblilərin yol hərəkəti təhlükəsizliyinin yüksək səviyyədə təşkilinin təmin edilməsi üçün Dövlət Yol Polisinə yaxından köməklik göstərsinlər.
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO
Motoxuliqanlıq edən yeniyetmələr SAXLANILDILAR - FOTO
Qəfil vəziyyətlərə hazır olun! - DYP-dən XƏBƏRDARLIQ
“Diqqət, uşaqlar!” aylığı çərçivəsində məktəblərdə yol təhlükəsizliyi tədbirləri keçirilir - VİDEO
Yol polisi Formula 1 günlərində təhlükəsizliyi bu cür təmin edir - FOTOLAR - VİDEO
Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarla görüşdü - FOTOLAR



















