Şəki yol polisi maarifləndirici tədbir keçirib - FOTO

ŞƏKİ DYP "Diqqət uşaqlar!"aylığı ilə bağlı tədbirləri davam etdirir. Şəki Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru,polis baş leytenantı Tural Niftalıyev, sentyabrın 28-də 8 saylı beynəlmiləl tam orta məktəbin 1-ci və 2-ci sinif şagirdləri ilə maarifləndirici tədbir keçirib.
Tədbir mövcud pandemiya qaydalarına uyğun olaraq,açıq hava şəraitində və sosial məsafə gözlənilməklə keçirilib.Tural Niftalıyev şagirdlərə sentyabr ayının 20-dən oktyabr ayının 20-dək respublika ərazisində "Diqqət,uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsi barədə məlumat verib.Daha sonra, polis baş leytenantı şagirdlərə məktəbin qarşısında yeni quraşdırılmış piyada svetoforunun önündə əyani formada keçid qaydalarını öyrədib,daha geniş məlumatlar əldə etmələri üçün onlara "Piyadanın vəzifələri" qeyd olunmuş maarifləndirici vərəqlər paylayıb.Tədbir diskusiya şəklində keçirilib ,şagirdləri maraqlandıran suallar cavablandırılıb. Sualların cavablandırılmasında aktivlik göstərərək fərqlənən, məktəbin 1 A sinif şagirdi İskəndərli Elman Elnur oğlu Şəki Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev tərəfindən yol hərəkəti qaydalarının daha rahat və asan şəkildə mənimsənilməsi üçün vəsaitlə mükafatlandırılıb. Tural Niftalıyev, tədbirin keçirilməsində əsas məqsədin uşaq travmatizminin qarşısının alınması olduğunu qeyd edib. Məktəbin direktoru, Almas Əliyeva və tərbiyə işləri üzrə direktor müavini, təşkilatçı Elçin İsmayılov bu cür tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, Tural Niftalıyevə minnətdarlıqlarını bildiriblər.
Balakəndə avtoxuliqan sürücü saxlanıldı – 23 sutka həbs edildi - FOTO
Polislər yanan binanın sakinlərini belə xilas etdi – ANBAAN VİDEO
Yol polisi piyadaların vurulması görüntülərini yaydı - Ölümə addımlayanlar - VİDEO
Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ!
DİN və FHN tonqal qalayanlara XƏBƏRDARLIQ ETDİ - Bu qaydalara ƏMƏL EDİN! - VİDEO
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
















