Şəki yol polisi məktəblərdə maarifləndirmə işini davam etdirir - FOTO - VİDEO

Uşaq travmatizminin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılması məqsədi ilə Şəki Dövlət Yol Polisi tərəfindən təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Növbəti tədbir martın 17-də Şəki şəhəri, 5 saylı tam orta məktəbin IV sinif şagirdləri ilə keçirilib.
Tədbir mövcud pandemiya qaydalarına uyğun olaraq, tibbi maskadan istifadə etməklə və sosial məsafə gözlənilməklə keçirilib.
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, şagirdlərə əyani vasitələrdən istifadə etməklə avtomobil, piyada, küçə, yol, səki, svetofor, piyada keçidi və digər anlayışlar barədə ətraflı məlumatlar verib. Qeyd olunub ki, aşağı sinif şagirdləri (I-V sinif şagirdləri), məktəblərə ancaq valideynlər tərəfindən aparılmalı, valideynlər özləri də qaydalara əməl etməlidirlər. Belə ki, uşağı aparan valideyn uşağın əlindən tutmalı, səkilərlə hərəkət etməli, səki yoxdursa küçənin tam kənarı ilə, yollarda isə ehtiyat hissə ilə hərəkət etməlidir. Uşaqlar, valideynlərin nəqliyyat axını olmayan tərəfdə olmaqla əlindən tutmalıdırlar. Valideynlər yaxınlaşan nəqliyyatın hərəkətinə qarşı diqqətli olmalıdırlar.
Tədbir zamanı, şagirdlərə küçə hərəkəti qaydaları barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Şagirdlər sualların cavablandırılmasında çox böyük fəallıq göstəriblər. Hətta, tədbirdə iştirak edən şagirdlərin hər biri yol hərəkəti qaydalarına aid şeirlər səsləndiriblər. O cümlədən, şagirdlərin yol hərəkəti qaydalarına aid rəsm əsərləri və əl işləri nümayiş olunub. Ən yaxşı şeir söyləyən məktəbin IV sinif şagirdi Abdullayev Rasif Elnur oğlu DYP tərəfindən yol hərəkəti qaydalarının daha rahat və asan şəkildə mənimsənilməsi üçün hazırlanmış vəsaitlə mükafatlandırılıb.
Məktəbin direktoru Filyar İbrahimova bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək yol polisinə təşəkkürünü bildirib.
Orxan Əli
Vəkilin qızının öldüyü qəzanın görüntüləri yayıldı - ANBAAN VİDEO
DYP-dən piyadalara mühüm çağırış - VİDEO
Sürücülərdən pul yığan kişi CƏZALANDIRILDI - "Polisin adamıyam" deyirmiş
Qubada polis profilaktik tədbirlər keçirib - FOTOLAR
Yol polisi qayda-qanun tanımayan piyadaları belə AŞKARLADI - VİDEO
DİN “Son zəng”lə bağlı MƏLUMAT YAYDI - Ciddi hüquqazidd halların qarşısı alındı
Yol polisi nömrəsini itirən sürücüyə belə kömək etdi – TAPILDI - FOTO
Zəngilanda "Son zəng" - Polis təhlükəsizliyi belə təmin etdi - FOTO - VİDEO
DYP-dən sürücülərə çağırış: Həftəsonu yollarda diqqətli olun
“Son zəng”lə bağlı məzunlara və valideynlərə DYP-dən MÜRACİƏT
Sabunçuda qayda pozan piyadalar CƏRİMƏLƏNDİ - VİDEO




















