Şəkinin yol polisi daha bir məktəbdə şagirdləri maarifləndirdi - FOTO

Şəki Şəhər Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi uşaq travmatizminin qarşısının alınması məqsədi ilə təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti tədbir oktyabrın 24-də Şəki şəhər 17 nömrəli tam orta məktəbdə keçirilib. Dövlət DYP Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev çıxış edərkən bildirib ki, bu tədbirlər piyadaların intizamının artırılması, təhlükəsiz davranış vərdişlərinin aşılanması, tədris prosesinin effektliyinin yüksəldilməsinə Dövlət Yol Polisinin köməyinin artırılması məqsədi ilə keçirilir.
İbtidai sinif şagirdlərinə "Piyadanın vəzifələri" barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Sonra, şagirdlər yol hərəkəti qaydalarına aid bilik və bacarıqlarını nümayiş etdiriblər. Yol hərəkəti qaydalarına aid şeirlər, mahnılar səsləndirib, səhnəcik nümayiş etdiriblər.
Daha sonra Tural Niftalıyev ibtidai sinif şagirdlərinin hazırladıqları yol hərəkəti qaydalarına aid əl işlərinə baxıb.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ


















