Sərxoş halda avtoxuliqanlıq edən sürücü həbs olunub - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində keçirilən nəzarət-profilaktik tədbirlər zamanı avtoxuliqanlıq hərəkətləri edərək ictimai aşayişi nümayişkəranə şəkildə pozan və digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan sürücü saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayon sakini Elvin Əhmədov idarə etdiyi “VAZ-21015” markalı avtomobil ilə şəhərin küçə və prospektlərində yol hərəkəti qaydalarını kobud şəkildə pozub və avtoxuliqanlıq edib.Yol Patrul Xidmətinin əməkdaşlarının “saxla” əmrinə tabe olmayan sürücünün saxlanılan zaman orta dərəcəli sərxoş olduğu da müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə Elvin Əhmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, inzibati həbs edilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













