Sumqayıtda "avtoş"lar bir-biriləri ilə yarışdı - Məhkəmə hərəsinə 30 gün həbs verdi - VİDEO

Sumqayıt şəhərində yol hərəkətini davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaradan və avtoxuliqanlıq hərəkətləri edən sürücülər saxlanılıblar. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin sürücülər - İsmayıl Musabəyli və Azər Kərimov müəyyən edilərək tutulublar.
Hər iki sürücü şəhər ərazisində avtoxuliqanlıq edərək idarə etdikləri nəqliyyat vasitələri ilə yarış təşkil ediblər. Onların bu kobud qayda pozuntuları və digər sürücüləri təhlükə altına qoymaları təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib.
Digər sürücülər, eləcə də şəhər sakinlərindən daxil olan çoxsaylı şikayətlər nəticəsində saxlanılan İsmayıl Musabəyli, həmçinin Azər Kərimov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 30 gün inzibati qaydada həbs olunublar.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














