Sumqayıtda karantin qaydalarını pozan şəxslər cərimələnib

Sumqayıtda karantin qaydalarını pozan 35 şəhər sakini cərimələnib.
APA-nın məlumatına görə, Sumqayıt şəhərində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə polis əməkdaşları reyd keçirib. Reyd zamanı Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücüləri müəyyən ediblər. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb, sürücülərə xəbərdarlıq edilib.
Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələrdən istifadə etməyən sürücülər, eləcə də avtomobilin ön oturacağında əyləşən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.
Reyd zamanı 35 vətəndaş barəsində inzibati protokol tərtib olunub. Bu protokollardan 20-si ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişinlər, 15-i isə taksi sürücüləri və sərnişinləri barəsində olub.
Tədbirlər çərçivəsində polis əməkdaşları tərəfindən Sumqayıt şəhər sakinləri ilə profilaktik söhbətlər aparılaraq, onlara pandemiya ilə mübarizənin vacibliyi izah edilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ


















