Sumqayıtda qadını təpiklə avtobusdan itələyən sürücü saxlanılıb? - VİDEO - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, iyulun 16-da Sumqayıt şəhərində 12 saylı sərnişin avtobusunda sürücü və sərnişin arasında insident baş verib. Hadisə ilə bağlı avtobusun sürücüsünün saxlanıldığına dair yayılan məlumatlara rəsmi cavab verilib.
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Avtosfer.az-a bildirib ki, Sumqayıt şəhərində polis tərəfindən avtobus sürücüsünün saxlanılması ilə bağlı yayılan məlumatlar əsassızdır:
“Müvafiq ekspertizalar təyin edilib, araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, qadın sərnişin sürücünü ağır formada təhqir edir və əl çantası ilə ona hücum çəkir. Sükan arxasında olan sürücü isə əvvəlcə sərnişinə cavab olaraq təhqir səsləndirir. Sərnişinin ona hücum çəkməsindən qəzəblənən sürücü qadını təpiklə itələyərək avtobusdan atır. Hadisə zamanı qadın qapıdan yola yıxılır. İlkin məlumata görə, mübahisəyə səbəb kimi sürücünün sərnişinin dayanacaqdan kənarda saxlama tələbinə etiraz etməsi olub. Qadının xəsarət aldığı deyilir. 12 saylı avtobusun sürücüsü A.Kosayev isə işdən çıxarılıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












