Sumqayıtda yol polisi avtobus sürücülərinə XƏBƏRDARLIQ ETDİ - FOTO-VİDEO

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq hərəkətin təhlükəsizliyi ilə bağlı müvafiq tədbirlər görülüb. Bu məqsədlə yol polisləri tərəfindən şəhər ərazisində yerləşən bütün təhsil müəssisələrinin olduğu küçə və prospektlərdə müşahidələr aparılıb, aşkar olunan çatışmazlıqlar aradan qaldırılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Təhsil ocaqlarının yaxınlığında yol nişanları quraşdırılıb, köhnələri yenisi ilə əvəz edilib, eləcə də yeni nişanlanma xətləri çəkilib. Bununla da Sumqayıt şəhərində yerləşən məktəblərin qarşısında hərəkətin təhlükəsizliyi təmin edilib.
Həmçinin Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisinin əməkdaşları şəhər ərazisində fəaliyyət göstərən sərnişin avtobuslarının sürücüləri ilə də profilaktik görüş keçirib. Sürücülərə yeni tədris ilinin başlanması ilə bağlı, xüsusən məktəblərin yerləşdiyi küçə və prospektlərdə hərəkət zamanı diqqətli olmağın vacibliyi barədə məlumat verilib.
Sürücülərin diqqətinə çatdırılıb ki, şagirdlər avtobuslardan düşən zaman arxa tərəfə doğru hərəkət etməyin vacibliyi barədə mütəmadi olaraq məlumatlandırılsın. Belə olan halda əks və eyni istiqamətdə hərəkət edən avtomobillər həm sərnişini görə bilir, həm də piyadalar avtomobillərə uyğun hərəkətlərini nizamlaya bilirlər.
Qeyd edək ki, Sumqayıt şəhərində yol polisləri tərəfindən bu cür profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ


















