İntizamsız sürücü ilə yol polisi arasında QALMAQAL: DİN-dən CAVAB-VİDEO

Bəzi sosial şəbəkə səhifələrində Ucar rayon sakini Ramiz Kamilovun Ucar rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşı tərəfindən saxlanılması barədə görüntülər yayılıb.
Görüntülərdə R.Kamilov qayda pozuntusunun törətmədiyini və yol polisi əməkdaşının onu əsassız yerə saxladığını iddia edir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Lent.az-a bildirib ki, görüntülərdə səslənən iddialar tamamilə əsassızdır. Onun sözlərinə görə, Ramiz Kamilovun azyaşlı övladı dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsini giriş qadağandır işarəsinin tətbiq olunduğu küçə istiqamətində idarə edən zaman polis əməkdaşı saxlayıb:
“Bu zaman övladının yanında əyləşən R.Kamilov nəqliyyat vasitəsindən düşərək avtomobili özü idarə etdiyini və polis əməkdaşının onu əsassız yerə saxladığını bildirib. Nəqliyyat vasitəsinə məxsus dövlət qeydiyyat nişanları isə avtomobilin saxlanc hissəsində olub. Bundan əlavə, R.Kamilovun avtomobili idarə etmək üçün heç bir müvafiq sənədləri yoxdur.
Yol polisi əməkdaşları nəqliyyat vasitəsini azyaşlının və dövlət qeydiyyat nişanı və müvafiq sənədləri olmadan idarə etdiyi üçün rayon Polis Şöbəsinin DYP bölməsinin müvəqqəti dayanacağına yerləşdirilib və sahibi barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Əlavə olaraq bildirmək istəyirəm ki, görüntülərdə iddiaları səsləndirən R.Kamilov əvvəllər də törətdiyi qayda pozuntularına görə inzibati qaydada məsuliyyətə cəlb olunub və o, sürücülük hüquqdan məhrum edilib. Həmin şəxsə məxsus əlavə iki nəqliyyat vasitəsi də tətbiq olunan cərimələr ödənilmədiyi üçün hazırda rayon Polis Şöbəsinin müvəqqəti dayanacağında saxlanılır”.//lent.az
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












