Sürücülərə xəbərdarlıq: Bu yolda diqqətli olun! - VİDEO

Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində yolun ortasında olan işıq dirəklərindən biri qəzalı vəziyyətə düşüb. Hər an aşma təhlükəsi olan bu işıq dirəyi sürücülər üçün təhlükəli vəziyyət yaradır. Problemə aidiyyəti dövlət qurumu da münasibət bildirib.
Çox sayda avtomobilin hərəkət etdiyi yolun düz ortasında işıq dirəyi sürücülərə təhlükəli vəziyyət yaradır.
Bu işıq dirəyinin aşma təhlükəsi olduğundan sürücü və piyadalar yoldan ehtiyatla keçirlər. Problem paytaxtın Nizami rayonu ərazisində, Qara Qarayev prospektində yaşanır.
Sürücülər deyirlər ki, problem qısa vaxt ərzində həll edilməzsə və qəfil külək əsərsə, işıq dirəyi yoldan keçən avtomobillərin üzərinə düşə bilər.
Məsələ ilə bağlı "Bakı Şəhər İşığı" Elektrik şəbəkə müəssisəsindən bildirildi ki, həmin ərazidə olan işıq dirəyi ötən gün gecə saatlarında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yararsız hala düşüb. Hadisə avtonəqliyyat vasitəsinin yol hərəkət qaydalarını pozaraq qəza törətməsi nəticəsində baş verib. Həmin problem qısa zaman ərazində aradan qaldırılacaq.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












