Tələbə adı qazanan polis övladları - FOTO

Bir neçə il öncə təhsildə, idmanda və musiqidə uğur qazanan, ölkəmizi beynəlxalq arenalarda təmsil edən polis övladları barədə ideyamız paytaxtda olduğu kimi, yerlərdə də maraqla qarşılandı. Bu il də onları arayıb-axtardıq və tapdıq. Gecəli-gündüzlü, ayıq-sayıq xidmət aparan, Vətənə və dövlətə layiqli xidmət edən valideynlərinin üzünü istedadı, bilik və bacarığı ilə ağardan gənclərimizin gələcək hədəflərini onların dilindən eşitdikdən sonra bir daha əmin olduq ki, gələcəyimiz etibarlı əllərdədir.
İnanırıq ki, hələ bundan sonra da “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” nidasını üçrəngli bayrağımız kimi dünyaya daşıyacaq gənclərimizi tanıyıb, tanıdıb və onlarla qürur duyacağıq.
Abdullazadə Rəhim Rauf oğlu 160 nömrəli Klassik gimnaziyanı qırmızı attestatla bitirib. O, bu il qəbul imtahanlarında ən yüksək nəticə göstərən polis övladları sırasında 642 balla liderlik edir. Rəhim Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnformasiya təhlükəsizliyi fakultəsinə qəbul olunub və dövlət sifarişi əsasında ingilis dilində təhsil alacaq.
Cəfərli Səma Naftalan ŞPŞ-nin təşkilati-inspektor qrupunun baş inspektoru, polis polkovnik leytenantı Səbuhi Cəfərovun övladıdır. O, bu il qəbul imtahanlarında 638 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin tələbəsi adını qazanıb. Həmkarımızın digər iki qızı- Cəfərli Fidan 2015-ci ildə 648 balla Tibb Universutetinə, Cəfərli Banuçiçək isə 2017-ci ildə 668 balla Bakı Dövlət Universitetinin Tarix fakultəsinə qəbul olunub və hər ikisi ali məktəbləri fərqlənmə ilə bitiriblər.
Natiqə Əsədli kiçik yaşlarından rənglərin dilini öyrənməyə başlayıb. Onun rənglər dünyası bu gün dünyanı heyran qoyur. Mənsub olduğu ailə tablosunda hər kəs qələmin də, fırçanın da qüdrətinə bələddir. Natiqə İncəsənət Gimnaziyasının məzunudur. Bir çox rəsm müsabiqələrinin qalibidir. Bu il Azərbaycan Rəssamlıq Akademiyasının Rəngkarlıq fakultəsinə daxil olub. Onu tanıyanlar “Sən rəssam polisin övladısan, əlbəttə ki, bu istedad gec-tez üzə çıxacaqdı”,- deyəndə ilk müəllimi olan atası, yolların da, sürücülərin də yaxşı tanıdığı DİN BŞBPİ-nin Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla əlaqə Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovla qürur duyur.
Yüksək bilik və qabiliyyət nümayiş etdirərək tələbə adını qazanan hər bir polis övladını təbrik edir, uğurlar arzulayırıq.
Hafiz Təmirov,
polis polkovnik-leytenantı
“Polis” qəzetinin redaktoru
Yol polisi “Təmiz Hava” aylığına başlayır – 50 manat cəriməsi var
Vilayət Eyvazov Göyçayda sıra baxışı keçirdi - 230 nəfər növbəti mərhələdə - FOTO - VİDEO
Masallıda atlara işgəncə edən şəxs cəzalandırıldı - VİDEO
Vilayət Eyvazovdan yeniyetmələrlə bağlı TƏLƏB
Azərbaycanda cinayətlərin 90 faizdən çoxu açılıb
Yol qəzalarında ölüm və xəsarətlərin sayı azaldı - Vilayət Eyvazov AÇIQLADI
Vilayət Eyvazov Kollegiya iclası keçirdi - Rəislərə tapşırıqlar verdi
Yol polisi orta məktəbdə uşaqların suallarını cavablandırdı - FOTO
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
"Mümkün qədər günün işıqlı vaxtı yol çıxın” - DYP
DYP qəzaların gizli səbəblərini üzə çıxaran layihəyə start verdi - VİDEO











