"Təmiz hava” aylığı başa çatıb, 2294 sürücü cərimələnib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisində keçirilən "Təmiz hava” aylığı başa çatıb, 2294 sürücü cərimələnib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Avtosfer.az-a bildirib ki, keçirilən tədbirlər zamanı avtomobillərdən havaya atılan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb:
“Bakı və Abşeron yarımadasında aparılan yoxlamalar zamanı avtomobillərindən havaya normadan artıq tullantı atılan 958, regionlarda isə 1336 sürücü barəsində (ümumilikdə 2294 sürücü) Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən protokol tətbiq edilib”.
B.Məhəmmədov qeyd edib ki, eyni zamanda müəssisələrin avtoparklarında da yoxlama, ölçmə işləri aparılıb və mühərrikləri nasaz vəziyyətdə olan nəqliyyat vasitələrinə cavabdeh şəxslər barəsində protokollar tərtib olunub.
Qeyd edək ki, "Təmiz hava" aylığı avtomobillərin istismarı nəticəsində atmosferə atılan qazların insan sağlamlığına təhlükə yaratmasının, eləcə də havanın çirkləndirilməsinin qarşısının alınması məqsədilə keçirilir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












