Təsviri Sənət Qalereyasında Anım Günü ilə əlaqədar sərgi təşkil olunub - FOTO

Elm və Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi publik hüquqi şəxsin təşkilatçılığı ilə paytaxtda yerləşən Təsviri Sənət Qalereyasında 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətdən Avtosfer.az-a bildiriblər ki, yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramının məqsədlərinə uyğun olaraq təhsil müəssisələri ilə birgə əməkdaşlıq çərçivəsində həmin tədbirə dəvət alan Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev şəhid ailələri, qazilər, onların övladları və digər çoxsaylı qonaqlar qarşısında çıxış edərək şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onların müqəddəs amallarının yetişən gənc nəslə çatdırılmasının əhəmiyyəti və bu sahədə görülən işlər barədə məlumat verib.
Tədbirdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvlərinin, o cümlədən “Yol hərəkəti” dərnək üzvlərinin əl işlərindən ibarət satış-sərgisi təşkil olunub və əldə olunan vəsait “YAŞAT” fonduna köçürülüb.




Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












