Texniki baxışı məntəqələri bayram günlərində işləyəcək? - DYP-dən AÇIQLAMA

Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərində gücləndirilmiş iş rejimində xidmət aparılacağını açıqlayıb. BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı əlaqədar 31 dekabr - 4 yanvar tarixləri qeyri-iş günləri olsa da, polis əməkdaşları bu müddət ərzində gücləndirilmiş iş rejimində xidmət aparacaq.
N. Piriyev əlavə edib ki, bayram günlərində vətəndaşların boş vaxtlarının digər günlərə nisbətən daha çox olması nəzərə alınaraq, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Qaradağ rayonunda yerləşən (Sədərək Ticarət Mərkəzinin yanı) Müayinə Mərkəzi, eləcə də nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması məqsədilə BDYPİ-nin Qeydiyyat-imtahan idarəsi və respublikаnın digər rаyonlаrındаkı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri qeyri-iş günlərində saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək:
“Nəqliyyat vasitələrinin texniki sazlığı yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsir göstərən amillərdən biridir. Təəssüf ki, tez-tez eşitdiyimiz yol qəzaları bəzən də avtomobillərin nasazlığı ucbatından baş verir.
Ona görə nəqliyyat vasitəsinin texniki cəhətdən saz vəziyyətdə olması hər şeydən əvvəl özümüzə lazımdır. Odur ki, avtomobil sahibləri və sürücülər münasib vaxtdan yararlanıb nəqliyyat vasitələrini texniki baxışa təqdim edə bilərlər”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













