Maşını addan ada keçirəndə vətəndaşdan rüşvət alınıb? - DİN-dən AÇIQLAMA
Yol polisi
30 Avqust 2021 15:00

Vətəndaş Xırdalanda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan və texniki baxış şöbəsində ondan rüşvət alındığını iddia edib. Bu barədə vətəndaş Rüfət Mədətli oxu.az-ın redaksiyasına şikayət ünvanlayıb. O iddia edib ki, tanışının avtomobilini alqı-satqı əməliyyatı üçün şöbəyə gətiriblər. Bu zaman onlardan pul tələb edilib: “İlkin olaraq ərizə çapı üçün 10 manat istənildi, vermədik və ərizəni özümüz doldurduq. Daha sonra hansısa inspektor heç bir səbəb olmadan 10 manat istədi, onu da vermədik. Qanunla maşının 50-60 manatlıq dövlət rüsumuna görə, guya nəsə texniki səhv taparaq bizdən 130 manat pul aldılar”.
Məsələ barədə Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Namidan Piriyev bildirib ki, məsələ barədə araşdırılma aparılır: “Bildirmək istəyirəm ki, vətəndaş məlumatı dəqiqləşdirmədən informasiya yayır. Vətəndaşın özü yox, tanışı maşını alqı-satqı edib. Çox güman ki, iddia etdiyi 130 manat pul rüsumun məbləğidir. Vətəndaş şikayət ünvanlayanda nəqliyyat vasitəsinin buraxılış ili, mühərrikinin həcmi və s. barədə məlumatları təqdim etməyib. Çünki rüsum hər maşının mühərrikinin həcmindən, istehsal ilindən asılı olaraq dəyişir. Dövlət qeydiyyatı zamanı konkret bir rüsumun alınması deyə bir şey yoxdur. Avtomobil var ki, qeydiyyat zamanı rüsumu 1 500 manatdır. Vətəndaşın dediyi məsələ ilə bağlı araşdırma aparılır”.
Oxunub : 10794
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
12 Noyabr 2026 14:41
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
11 Noyabr 2026 12:00
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
10 Noyabr 2026 11:54
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
9 Noyabr 2026 14:00
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
9 Noyabr 2026 11:12
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
7 Noyabr 2026 13:30
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
7 Noyabr 2026 11:54
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
6 Noyabr 2026 17:06
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
6 Noyabr 2026 16:06
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
6 Noyabr 2026 16:00
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
6 Noyabr 2026 12:06
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
ŞƏRH YAZ












