Vaqif Əsədov kamera ilə cərimələnən sürücülərdən danışdı: "Üzbəüz danışaq”

Bakıda dayanma və durmanın qadağan olunduğu ərazilərdə quraşdırılan kameraların fəaliyyəti sürücülər arasında narazılığa səbəb olmuşdu. Sükan arxasındakıları narazı salan digər bir məqam isə bu kameralar vasitəsilə kəmər taxmamağa və telefonla danışmağa görə cərimələrin tətbiq olunmasıdır. Sürücülər hesab edir ki, qanunvericilikdə olmadığı halda bu qayda ilə cərimələrin tətbiqi doğru deyil.
Yol-nəqliyyat eksperti Elməddin Muradlı da söyləyib ki, İnzibati Xətalar Məcəlləsin 122.1-ci maddəsində xüsusi texniki vasitələrlə qeydə alına bilən xətalar siyahısında mobil telefona görə cərimə qeyd olunmayıb: “Yəni yol polisi təhlükəsizlik kəmərini taxmayan sürücüyə elektron qərar tərtib edə bilər. Lakin belə qərar mobil telefondan istifadə edənlərə şamil oluna bilməz. Bu qaydanı tətbiq etmək vacibdir. Lakin birinci növbədə qanunvercilikdə dəyişiklik edilməlidir”.
O, Bakı Nəqliyyat Agentliyin (BNA) də qanunda nəzərdə tutulmadığı halda sürücülərə dayanma-durma qaydalarını pozmağa görə elektron qərarlar yazdığını bildirib.
BNA-nın mətbuat katibi Mais Ağayev isə həmin kameraların qayda pozan sürücüləri avtomatik rejimdə çəkmədiyini deyib. O bildirib ki, kameraları birbaşa Agentliyin əməkdaşları idarə edirlər:
“Onlar kamera arxasında müşahidə aparır, pozuntuları aşkar edir, foto və video materiallar əsasında şəxs barəsində inzibati tənbeh vermə qərarı çıxarırlar. Bu isə elektron protokol demək deyil”.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Ölkə.Az-a açıqlamasında məsələyə münasibət bildirib. O, narazı sürücüləri qəbul etməyə hazır olduğunu söyləyib: “Kim hesab edirsə ki, ona qeyri-qanuni protokol yazılıb, buyursun, müraciət etsin. Vətəndaşlar bu məsələdə özlərini haqlı hesab etdiklərini bildirirlərsə, bizə də bildirsinlər. Mən böyük məmnuniyyətlə onları qəbul etməyə hazıram. Onlar düşünməsinlər ki, qeyri-qanuni protokol yazılıb. Elə hesab edirlərsə, buyursunlar bura. Hətta üzbəüz danışıqlarımızı mətbuat da işıqlandıra bilər”.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












