Vətəndaş Daxili İşlər Nazirliyindən şikayətçidir: Ödəniş etdiyi nömrəni ala bilmir - FOTO

Gəncə şəhər sakini Daxili İşlər Nazirliyindən (DİN) şikayətçidir. Bu barədə Ələsgər Mahmudov oxu.az-a müraciət edib. O bildirib ki, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə maşınına qeydiyyat nömrəsi almaq üçün müraciət edib: “200”lə olan nömrə almaq istəyirdim və bunun üçün dövlət rüsumunu ödədim. Bildirildi ki, dövlət qeydiyyat nişanı sərfiyyatda olan zaman mənimlə əlaqə saxlanılacaq. Daha sonra seriya açıldı və bəhanə edirlər ki, nömrələr verilmir. Mən dövlət rüsumunu ödəsəm də, üç aydır ki, nömrəni mənə vermirlər. Amma özləri satırlar”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, bu barədə vətəndaş Ələsgər Mahmudov Daxili İşlər Nazirliyinin aidiyyəti qurumlarına dəfələrlə müraciət edib: “Bütün müraciətləri araşdırılaraq istədiyi dövlət qeydiyyat nişanının sərfiyyatda olmaması barədə təşəbbüskara rəsmi cavab verilib. Bundan başqa, vətəndaşa ödədiyi dövlət rüsumuna uyğun, sərfiyyatda olan digər dövlət qeydiyyat nişanları təklif olunsa da, o, israrla bundan imtina edib”.
O bildirib ki, Ə.Mahmudov ödədiyi dövlət rüsumunu geri qaytarılmasını istədiyi təqdirdə bunun üçün o müvafiq qaydada müraciət edə bilər.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












