Vilayət Eyvazov şəhid polislə vida mərasimində iştirak edib - FOTO

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis əməkdaşı Elçin Səfərovla vida mərasimində iştirak edib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunub ki, iyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat tədbiri zamanı polis əməkdaşlarına müqavimət göstərən şübhəli şəxsi zərərsizləşdirərkən onun üzərində olan qumbaranı partlatması nəticəsində Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Elçin Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ağır yaralandığına görə tibb müəssisəsinə yerləşdirilən E.Səfərov bütün tibbi müdaxilələrə baxmayaraq avqustun 5-də vəfat edib. Polis əməkdaşı ilə vida mərasimində Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər.
"Onun əziz xatirəsi, xidməti fəaliyyəti zamanı fədakarlığı qəlbimizdə əbədi yaşayacaq. Yaxınlarına, doğmalarına Allahdan səbr diləyirik! Allah rəhmət eləsin!", - deyə DİN-in məlumatında bildirilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















