Vilayət Eyvazov tanınmış karateçini yeni vəzifəyə təyin edib - FOTO

Azərbaycanın tanınmış karateçisi Firdovsi Fərzəliyev Abşeron Rayon Poilis İdarəsində (RPİ) yeni vəzifəyə təyin edilib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, o, Abşeron RPİ-nin kadrlar qrupunun inspektoru təyin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.
Qeyd edək ki, F.Fərzəliyev Bakı-2015 I Avropa Oyunlarında qızıl, Minsk-2019 II Avropa Oyunlarında gümüş medal qazanıb. O, 2016-cı il dünya çempionatında Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal əldə etsə də, 2017-ci il Dünya Oyunlarının qalibi olub.
28 yaşlı idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarına karate növündə qazanılmış 3 lisenziyadan birinin müəllifi kimi qatılmasına baxmayaraq, medalçılar sırasına düşə bilməyib.
“Report”

Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












