Yanğınsöndürənə yol verməyi özünə sığışdırmayan sürücü kameraya düşdü - 10 US 806 - VİDEO

Bakıda yanğınsöndürən maşına yol verməyən minik avtomobili kameraya düşüb. Yanğınsöndürənlər özləri bu kadrları çəkərək sosial şəbəkələrdə yayıblar. Avtosfer.az xəbər verir ki, 10 US 806 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü yanğınsöndürən maşının qarşısından çəkilmir. Üz-üzə gələnlər, sağda gedənlər belə çəkilib yol versə də, "Mecedes" yol vermir. Nəhayət, yanğınsöndürənlərdən biri səsgücləndirici ilə sürücüyə səslənərək "Yeşka, sən də yanğın yerinə tələsirsən?" deyə, irad tutmalı olur.
Əlbəttə, bütün bunlar sürücü mədəniyyətsizliyinin göstəricisidir. Operativ nəqliyyat vasitələrinə yol vermək qanunun tələbidir və bu, həm də bir mənəvi məsələ olmalıdır. Belə halların qarşısını almaq üçün təcili yardım və yanğınsöndürən maşınlara kamera quraşdırmaq lazımdır. Belə sürücüləri həmin görüntülər əsasında ifşa edib cəmiyyətə tanıtmaqla yanaşı hamısını cərimələmək lazımdır.
***
“Ötən gün sosial şəbəkələrdə yayılan yanğınsöndürən xüsusi təyinatlı avtomobilə yol verməyən sürücünün hərəkətləri cəmiyyətin qınaq obyektinə çevirilib”. Bunu Avtosfer.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib. O bildirib ki, qeyd olunan hadisə yol hərəkəti qaydalarının pozulması və inzibati məsuliyyət yaradan hal olmaqla yanaşı, ətrafda baş verən həyatı əhəmiyyətli hadisəyə biganəliyin göstəricisidir: “Hər bir vətəndaşımız bilməlidir ki, heç kim bədbəxt hadisədən sığortalanmayıb. Belə hallarda avtomobil idarə edən şəxsin “Yol Hərəkəti Haqqında Qanun”a uyğun olaraq vəzifəsi və məsuliyyəti var.
Bir daha bu cür sürücülərin diqqətinə çatdırmaq istəyirik ki, xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyata qoşularaq hərəkət etdiyinə görə sürücüyə 100 manat məbləğində cərimə, 3 cərimə balı nəzərdə tutulur.
Məsələnin inzibati tərəfindən də qat-qat üstün olan həyatı əhəmiyyətini nəzərə alıb, belə addımlara yol verən sürücülərinin cəmiyyət qarşısında hər bir kəsin qınaq obyektinə çevirilməsi zəruridir ki, belə hallardan çəkinsinlər”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












