Yardımlı və Lerikdə antinarkotik təbliğatı çərçivəsində məktəblilərlə görüşlər keçirilib - FOTO

Yardımlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 4 nömrəli tam orta məktəbdə “Sağlam gələcək naminə narkotiklərə yox deyək!” mövzusunda keçirilən maarifləndirici görüşdə əvvəlcə tədbir iştirakçıları narkotik vasitələrin cəmiyyətə və insan orqanizminə vurduğu zərərli təsirləri əks etdirən videoçarxı izləyiblər. Çıxış edən Yardımlı RPŞ-nin rəisi, polis polkovniki Arif Babayev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən, narkomaniyanın cəmiyyətə vurduğu zərərlərdən bəhs edib.
Lerikdə də Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 3 nömrəli tam orta məktəbdə antinarkotik təbliğatına həsr olunmuş maarifləndirici görüş keçirilib. Tədbirdə polis əməkdaşları, pedaqoqlar çıxış edərək narkomaniyanın zərərli təsirləri barədə məktəblilərə məlumat verib, onları zərərli vərdişlərdən uzaq olmağa, təhsilə və sağlam həyat tərzinə daha həvəslə yanaşmağa çağırıblar.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















