Yol hərəkəti qaydalarını uşaqlara necə öyrətməli? - FOTO

Bakı şəhəri 245 nömrəli tam orta məktəbdə “Məktəblinin dostu” layihəsi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində “Yol hərəkəti qaydalarını uşaqlara necə öyrətməli?” mövzusunda tədbir keçirilib.
Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Pərvanə Muradova, 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova və mərkəzin “Yol hərəkəti qaydaları” dərnəyinin üzvləri iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd şagirdləri yol hərəkəti qaydaları və təhlükəsizliklə bağlı məlumatlandırmaqdır.
Qonaqlar məktəblilərə “Yol hərəkətinin təhlükəsizliyi”, “Yol hərəkəti qaydalarına riayət edək”, “Diqqət uşaqlar!” mövzusunda təlim keçiblər. Təlimlər 3 və 4-cü sinif şagirdlərini əhatə edib.
Daha sonra şagirdlərdən ibarət üç komanda arasında yol hərəkəti qaydaları ilə bağlı yarış keçirilib, bütün komanda üzvlərinə sertifikatlar təqdim olunub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ

























