Yol polisi 20 Yanvar dairəsində reyd keçirtdi - Ölümə gedənlər cərimələndi - VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtın 20 Yanvar dairəsində və Şamaxinka adlanan ərazidə reyd keçirib. Bu barədə idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. Onun sözlərinə görə, keçirilən reyd yol hərəkəti qaydalarını pozaraq yolu təhlükəli yerdən keçən, eyni zamanda nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradan piyadalar üçün nəzərdə tutulub. Reyd zamanı piyadaların nəzərdə tutulmayan yerdən keçmələri müşahidə edildiyindən, onlarla profilaktiki söhbətlər aparılıb, həmçinin inzibati məsuliyyət tədbirləri həyata keçirilib. Etdikləri yanlış hərəkətin nə dərəcədə təhlükəli olduğu isə əyani şəkildə onlara göstərilib: "Bir daha piyadalara səslənərək bildiririk ki, yolu keçən zaman özünüzü və sürücüləri təhlükə altında qoymamaq üçün keçidlərdən istifadə edin. Qaydaları pozduğunuz halda düşünməyin ki, cərimə ödəməklə məsuliyyətdən yaxa qurtaracaqsınız. Məsuliyyətsizliyiniz həyatınızın sona çatması ilə də nəticələnə bilər" - deyə Araz Əsgərli bildirib.
Nərminə Əli
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












