Yol polisi yayılan görüntülər barədə açıqlama yaydı: "Video çəkib paylaşmaqla həvəs yaradırlar"
Son günlər müxtəlif internet saytlarında və ya sosial şəbəkələrdə yol hərəkəti qaydalarını pozan şəxslər və onların yol polisi tərəfindən təqib olunması kimi materiallar paylaşılır. Bu materiallar polisin cəmiyyətdəki nüfuzuna xələl gətirməklə yanaşı sanki qayda pozuntuları törətməyə meyilli şəxsləri də həvəsləndirir. Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev açıqlama verib.
O bildirib ki, yol polisi ilə heç bir dəqiqləşdirilmə aparmadan kütləvi informasiya vasitələrinin də belə görüntüləri yayması ciddi narahatlıq doğurur. Çünki bu görüntülərin yayılması elə bil ki sürücüləri qayda pozmağa təşviq edir. Belə ki, son olaraq yayılan qəza videosunda yol polisinin sürücünü təqib etdiyi və bu səbəbdən də qəza baş verdiyi bildirilib. Amma materialda konkret olaraq həmin nəqliyyat vasitəsinin nə üçün təqib olunduğu qeyd olunmayıb. Həmin avtomobildə cinayətdə şübhəli bilinən və axtarışda olan şəxsin olub-olmaması, yaxud həmin şəxsin insan həyatı üçün təhlükəli olan ciddi qayda pozuntularına yol verib-verməməsi, narkotik maddə və ya spirtli içkilərin təsiri altında olub-olmaması bilinmir. Lakin yayılan görüntülərdə sadəcə yol polisinin həmin avtomobili təqib etməsi qabardılır.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücünün nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə təqib edilə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə hətta məcburi dayandırma vasitələrindən də istifadə edilə bilər.
Hər kəs bilməlidir ki, bütün hallarda polis vətəndaşı səbəbsiz yerə saxlamır və ya məsuliyyətə cəlb etmir. Bir foto, yaxud video çəkib paylaşmaqla sanki sürücülərdə həvəs yaradılır ki, qayda pozuntusu baş versin. Bu kimi görüntülərin yayılması hərəkətin təhlükəsizliyi ilə bağlı aparılan təbliğat işlərinə kölgə salır. Bu baxımdan yol polisi olaraq hesab edirik ki, belə neqativ materiallar paylaşılmamalı, daha çox qaydalara əməl edilməsi barədə təbliğat xarakterli görüntülər yayılmalı və ən azı bu tip məlumatlar yayılarkən yol polisi ilə mütləq dəqiqləşdirilməlidir.
Vəkilin qızının öldüyü qəzanın görüntüləri yayıldı - ANBAAN VİDEO
DYP-dən piyadalara mühüm çağırış - VİDEO
Sürücülərdən pul yığan kişi CƏZALANDIRILDI - "Polisin adamıyam" deyirmiş
Qubada polis profilaktik tədbirlər keçirib - FOTOLAR
Yol polisi qayda-qanun tanımayan piyadaları belə AŞKARLADI - VİDEO
DİN “Son zəng”lə bağlı MƏLUMAT YAYDI - Ciddi hüquqazidd halların qarşısı alındı
Yol polisi nömrəsini itirən sürücüyə belə kömək etdi – TAPILDI - FOTO
Zəngilanda "Son zəng" - Polis təhlükəsizliyi belə təmin etdi - FOTO - VİDEO
DYP-dən sürücülərə çağırış: Həftəsonu yollarda diqqətli olun
“Son zəng”lə bağlı məzunlara və valideynlərə DYP-dən MÜRACİƏT
Sabunçuda qayda pozan piyadalar CƏRİMƏLƏNDİ - VİDEO










