Kənd təsərrüfatı texnikaları yola çıxır, qəzalar baş verir - DYP və AXA müraciət yaydı

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və Kənd Təsərrüfatı yanında Aqrar Xidmətlər Agentliyinin aqrar sahədə çalışan hüquqi və fiziki şəxslərə müraciət edib. Avtosfer.az-a daxil olan müraciətdə bildirilir ki, son vaxtlar respublikamızın əksər bölgəsində kənd təsərrüfatı məhsullarının yığımı ilə əlaqədar həmin sahədə istifadə olunan texnikanın tez-tez avtomobil yollarında hərəkət etməsi və müxtəlif növ malların daşınması halları müşahidə olunur. "Lakin təəssüflə qeyd edilməlidir ki, bəzən ayrı-ayrı sürücülər tərəfindən belə daşımaların texniki standartlara uyğun gəlməyən, xarici işıq cihazları nasaz, dövlət qeydiyyat nişanları yerində olmayan kənd təsərrüfatı texnikaları ilə həyata keçirilməsi, eləcə də əkin sahələrində çalışan adamların yük avtomobillərində və traktor qoşqularında daşınması, məhsulun qablaşdırılmadan çəki və ölçü parametrləri aşılmaqla aparılması kimi yol hərəkəti qayda pozuntularına yol verilirir ki, bu da ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə real şərait yaradır.
Belə qəzaların qarşısının alınması məqsədilə kənd təsərrüfatı sahəsində işləyən və bu növ məhsulların daşınması fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərdən xahiş olunur ki, kənd təsərrüfatı məhsullarının daşınması yalnız texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələri ilə həyata keçirilsin, həmçinin kənd təsərrüfatı texnikasının avtomobil yolu, yaxud əkin sahəsində hərəkət etməsindən asılı olmayaraq sürücüsünün alkoqollu içkilərin və ya psixotrop maddələrin təsiri altında, habelə yorğun və yuxulu halda sükan arxasına əyləşməməsinə xüsusi diqqət yetirilsin",-məlumatda bildirilir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













