Yol polisi avtovağzalda sürücülərlə görüşə getdi, tapşırıq və tövsiyələr verildi - VİDEO

Bu gün Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları Bakı Beynəlxalq Avtovağzalı ərazisində avtovağzal rəhbərliyi ilə birlikdə sürücülərlə görüş keçirb. Avtosfer.az xəbər verir ki, görüşdə Avtovağzalın rəhbərliyi, BDYPİ-nin YPX Alayının qərargah rəisi, polis kapitanı Rüfət Quliyev və İdarəsinin əməkdaşları iştirak edib.
Görüşün keçirilməsində əsas məqsəd sərnişin daşımalarını həyata keçirən sürücülərin məsuliyyətini xatırlatmaq olub. Yola çıxmazdan öncə nəqliyyat vasitələrinin texniki vəziyyəti, sürücülərin tibbi yoxlamadan keçməsi, eləcə də yolboyu istirahətin təmin olunması istiqamətində onlarla profilaktiki söhbətlər aparılıb.
Eyni zamanda, sürücüləri maraqlandıran suallar da cavablandırılıb.
Daha sonra marşrut xətlərinə yaxınlaşan DYP əməkdaşları sərnişinlərlə də söhbət edib. Açıq havada tibbi maskanın zəruriliyi aradan götürülsə də bağlı məkanlar, həmçinin nəqliyyat vasitələrində onun vacibliyi sərnişinlərin nəzərinə çatdırılıb. Onlardan xahiş edilib ki, avtobusda gedərkən qoruyucu vasitələrdən istifadə və sanitar-gigiyena qaydalarına riayət etsinlər. Hər hansı bir sərnişin səyahət zamanı özünü narahat hiss edərsə, dərhal sürücüyə xəbərdarlıq edilsin.
Avtovağzalın rəhbərliyi nəzarətin gücləndirildiyini diqqətə çatdıraraq yol polisi ilə qarşılıqlı əməkdaşlığın faydalı olacağına ümidvar olduğunu bildirib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












