Yol polisi belə sürücüləri postlarda necə müəyyən edir? - VİDEO

Ölkədə yol polisi əməkdaşları tərəfindən demək olar ki, tez-tez içki reydi keçirilir. Bu reydə əsasən avtomobili şübhəli idarə edən sürücülər cəlb olunur ki, sürücünün spirtli içki və ya narkotik vasitənin təsiri altında olub olmadığı müəyyən edilsin. Keçirdiyimiz sorğu zamanı sürücülər alkotesterdə görünən nəticənin, onları hansı halda məsuliyyətə cəlb etdiyindən məlumatsız olduğunu bildirirlər.
Sürücülərin spirtli içki və ya narkotik vasitənin təsiri altında olub olmamasının hansı qaydada yoxlanılmasını öyrənmək üçün qarşısında hərəkətin intensiv olduğu postlardan birinə yaxınlaşdıq. Xidmətdə olan yol polisi əməkdaşları proseduru belə izah etdi:
Sürücünün narkotik vasitə qəbul etdiyini aşkarlamaq üçün ağız suyundan götürülən nümunə cihaza daxil edilir. 12 dəqiqə sonra isə sürücünün narkotik vasitə qəbul etməsindən əlavə, narkotik vasitənin hansı növündən istifadə etdiyi də cihaz tərəfindən qeyd olunur. Elə sərxoşluğun yoxlanması prosedurunun tam olaraq necə olduğunu yol polisi biz çəkiliş aparan zaman da sürücülərə izah etdi...
Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində son 9 ayda 14 qəza baş verib. Bu ilin 9 ayı ərzində isə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 650 sürücü aşkar edilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












