Yol polisi həftə sonu Bərdə, Ağcabədi və Füzuli rayonlarında reyd keçirib - FOTO

Baş Dövlət Yol Polis İdarəsinin və Bərdə, Ağcabədi, Füzuli Rayon Polis Şöbələrinin Dövlət Yol Polisi Bölmələrinin əməkdaşları ilə birgə qeyd olunan rayonlarda həftə sonu yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə nəzarət-profilaktiki tədbirlər keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbirlər zamanı qayda pozuntularına yol verən sürücülər aşkar edilib, onlarla yol-hərəkəti qaydalarına riayət etməli olduqları barədə izahedici söhbətlər aparılıb. Baş verə biləcək qəzaların qarşısının alınması, eləcə də hadisələrin qurbanına çevrilməmək üçün mütləq şəkildə qaydalara riayət etməyin vacibliyi həm sürücülərə, həm də piyadalara izah edilib. Piyada zolaqları olan ərazilərdə, məktəblərin qarşısında avtomobilin ehtiyatla idarə olunmasının önəm daşıdığı bir daha yol-hərəkət iştirakçılarının diqqətinə çatdırılıb. Xüsusən gecə saatlarında əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrində sürət həddini aşmağın, lüzumsuz yerə ardıcıl siqnal verilməsinin cəmiyyətə hörmətsizlik kimi dəyərləndirildiyi sürücülərə bildirilib.
Qanun pozuntusuna yol vermiş bir neçə sürücü barəsində müvafiq tədbirlər görülüb.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














