Yol polisi kütləvi qayda pozan sürücülərə qarşı hərəkətə keçdi - VİDEO

Bakıda qaydaları kütləvi olaraq kobud şəkildə pozan sürücülər kameraya düşüb.
Sözügedən görüntüləri dünən Avtosfer.az saytı yayıb. Tıxac olduğunu görən sürücülər piyadaların keçidi üçün nəzərdə tutulmuş beton arakəsmənin üzərindən keçərək intensivliyin az olduğu əks istiqamətli yola çıxıblar. Ətrafda yaşayanlar şifahi olaraq bildirdilər ki, günün pik saatlarında yolda sıxlıq olan kimi bəzi sürücülər həmin ərazidə qaydanı pozurlar. Kadrlardan da aydın olur ki, öz yolu ilə hərəkət edən sürücülər məcbur qalıb qayda pozanlara yol verirlər. Bu həm də yolda süni sıxlığa səbəb olur. Görüntüləri izləyən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli bildirdi ki, həmin sürücülər barəsində ciddi tədbir görüləcək. Araz Əsgərli deyir ki, ərazidə olan müşahidə kameralarına baxış keçiriləcək, əks yola çıxan sürücülərin hər biri inzibati qayda cərimə olunacaq. ''Yolda tıxacın olması sürücülərə qayda pozuntusu törətməyə əsas vermir'',-deyə Araz Əsgərli əlavə edib.
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO












