Yol polisi məktəblərdə təbliğat işlərini davam etdirir - FOTO

Şəki şəhər Dövlət Yol Polisi Bölməsi “DİQQƏT, UŞAQLAR!” aylığı çərçivəsində məktəblərdə tədbirlərə başlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə Bölmənin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev məlumat verib. O bildirir ki, respublikamızın ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması ilə əlaqədar küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğu bir şəraitdə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması vacib məsələ kimi qarşıda durur. Bu səbəbdən, uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılması məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən 2022-ci ilin sentyabr ayının 15-dən, oktyabr ayının 15-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, eləcə də Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi aylıq çərçivəsində bütün təhlükəsizlik tədbirlərini həyata keçirir.
Qeyd edək ki, sentyabrın 19-da Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev Şəki şəhəri 1 saylı tam orta məktəbin ibtidai sinif şagirdləri ilə maarifləndirici tədbir keçirib. Şagirdlərə piyadanın vəzifələri barədə ətraflı izahlar verilib, onları maraqlandıran suallar cavablandırılıb. Şagirdlər, yol hərəkəti qaydalarına aid şeirlər səsləndirib, rəsm əsərləri və digər əl işlərini nümayiş etdiriblər. Şagirdlərə Yol Hərəkəti Haqqında Qanunun 40-cı maddəsi, “Piyadanın vəzifələri” qeyd olunan maarifləndirici vərəqələr paylanıb. Tədbirin yekununda, Şəki şəhəri 1 saylı tam orta məktəbin direktoru Tahirə Cabbarova, belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, şagirdləri maarifləndirdiyinə görə, məktəblilərin sevimlisi, polis baş leytenantı Tural Niftalıyevə minnətdarlığını bildirib.
Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyevə, o cümlədən məktəb rəhbərliyinə tədbirin keçirilməsinə təşkilatçılıq etdikləri üçün təşəkkürünü bildirib.












Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ










