Yol polisi məktəblilərlərlə maarifləndirmə tədbirləri keçirib - FOTO

14 oktyabr 2022-ci il tarixində respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında elan edilmiş hərəkətin təhlükəsizliyi aylığı çərçivəsində Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhər 279 nömrəli məktəb və Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın şagirdləri arasında “Uşaqlar yol hərəkəti qaydalarını necə bilirlər?” mövzusunda yarış keçirilib.
Məqsəd məktəblilər arasında yol hərəkəti təhlükəsizliyi, yol mədəniyyəti barədə məlumatlılığı artırmaq və onların yeni biliklər öyrənməsini təmin etməkdir.
Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Pərvanə Muradova, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı polis leytenantı Rüstəm Əhmədli,1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, 279 nömrəli tam orta məktəbin və Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanin müəllimləri, 100-dən çox şagird iştirak edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Pərvanə Muradova və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici söhbətlər aparıb.
Tədbir zamanı mövzu ilə bağlı yarış keçirilib. Yarışın münsiflər heyəti Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Pərvanə Mur adova, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı polis leytenantı Rüstəm Əhmədli, Bakı şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodistləri Sevda Əsgərova və Cəmilə Qənbərova, 279 nömrəli tam orta məktəbin və Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanin müəllimləri olub.
30 nəfər V sinif şagirdlərindən təşkil olunmuş 6 komanda arasında keçirilən yarışda uşaqların yol hərəkəti qaydaları ilə bağlı nəzəri bilikləri ekranda əks olunan suallarla yoxlanılıb. 279 nömrəli tam orta məktəbin “Sarılar” komandası I, Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanin “Piyadalar” komandası II, “Sürücülər” komandası III yeri tutaraq Diplomlarla təltif olunublar. Yarışda fəal iştirak edən digər komandalar Təşəkkürnamə ilə təltif olunublar.
Sonda məktəb rəhbərləri yarışın təşkilatçılarına təşəkkürünü bildirib
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ






























