Yol polisi nasaz avtomobillərin sürücülərinə müraciət edib

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, təəssüf ki, yenə də avtomobil yollarında nasaz nəqliyyat vasitələrinin istismarına rast gəlinir.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, ötən gün “Shacman” markalı yük avtomobili Bakı-Quba yolunda hərəkətdə olarkən nasazlıq səbəbindən Avtovağzal kompleksinin qarşısında yolun hərəkət hissəsində qalıb. Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Bölüyünün ərazidə xidmət aparan əməkdaşlarının səyi nəticəsində həmin nəqliyyat vasitəsi yolun hərəkət hissəsindən kənarlaşdırılıb və ərazidə digər nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti qısa zaman ərzində təmin edilib.
Təqdim etdiyimiz faktlara əsaslanaraq, bir daha avtomobil sürücülərinə müraciət edərək bildiririk ki, yola çıxmazdan öncə nəqliyyat vasitələrinin sazlığını yoxlasınlar və yolda bu kimi problemlərlə üzləşməsinlər. Unutmayaq ki, avtomobillərin yolun hərəkət hissəsində nasazlıq səbəbindən qalması həmin ərazidə yol-nəqliyyat hadisəsinin baş verməsinə zəmin yaratmaqla yanaşı süni sıxlığın yaranmasına səbəb olur.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












