Yol polisi nömrəsiz maşın sürən əlil sürücüləri saxlamır? - VİDEO

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu əlil və qazi sürücülərin nömrəsiz maşın sürməsi ilə bağlı sosial şəbəkədə yayılan iddialarla bağlıdır.
Artıq neçə gündür ki, qeyd etdiyimiz mövzu sosial şəbəkənin gündəminə çevrilib. Bəzi sürücülər iddia edirlər ki, əlil və ya qazi sürücülərin dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə etmələri ilə rastlaşırlar. Onların sözlərinə görə, həmin sürücülər qaydaları pozsalar belə yol polisi tərəfindən saxlanılmır və cərimə olunmurlar.
Belə olan halda hamını bir sual düşündürür: Dövlət Yol Polisi əməkdaşları nömrəsiz maşın sürən və qayda pozan əlil yaxud qaziləri saxlamır?
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyir ki, yayılan bu kimi məlumatlar əsassızdır və yol polisinin fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır. "Yol polisi qayda pozan istənilən nəqliyyat vasitəsini saxlayır və barəsində inzibati tənbeh qaydası seçir, yaxud profilaktiki tədbir görülür. Nəzarət kameraları vasitəsilə də YPX əməkdaşlarının fəaliyyəti izlənilir. Qayda pozan sürücüyə qarşı tədbir görməmək pozuntudur. Düşünmürəm ki, hansısa əməkdaş belə pozuntuya yol versin. Burada imtiyazdan söhbət gedə bilməz. Sadəcə mentalitetimizə uyğun olaraq, dövlət qeydiyyat nişanı olan və qayda pozan bəzi qazi, əlil sürücülərə xəbərdarlıq edilir.
DYP-dən narazılıq edənlər isə ancaq intizamsızlığa yol verən bəzi sürücülərdir. Onların məqsədi məhz bu cür əsassız məlumatlar yayaraq, yol polisinin fəaliyyətinə kölgə salmaqdır”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












