Yol polisi nömrəsiz maşın sürən qazilərə qarşı REYDlərə başladı - VİDEO - FOTO

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrrul Xidməti Alayının Xüsusi Tağımının əməkdaşları avtomobili nömrəsiz idarə edən qazilərlə bağlı reydlərə başlayıb. Reydlər zamanı aşkar olunan faktlat üzrə sürücülərlə profilaktiki söhbətlər aparılıb. Avtosfer.az xəbər verir ki, 50 CO 817 dövlət nömrə nişanlı, "NAZ Lifan" markalı avtomobilin sürücüsü Həmid Lazım oğlu Həşimov və 99 SH 767 dövlət nömrə nişanlı, "Lada Priora" markalı avtomobilin sürücüsü Raif İsgəndər oğlu Məmmədov saxlanılıb. Yol polis əməkdaşları qazilərlə profilaktiki söhbətlər aparıb, onlara qanunun tələblərinə tabe olmağın vacibliyi bildirilib. Qeyd olunub ki, Vətən müharibəsi qazilərinə daim diqqət və qayğı var. Lakin avtomobili nömrəsiz idarə etmək yolverilməzdir.
Söhbət zamanı qazilər də bu hərəkətin səhv olduğunu anladıqlarını ifadə ediblər. Daha sonra dövlət nömrə nişanları avtomobillərin üzərinə vurulub.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, bu cür qayda pozuntularına yol verməsinlər.
Fərid
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ




















