Yol polisi Bakıda “patı” çəkib maşın sürən sürücüləri saxladı - FOTOLAR

Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları paytaxtın Heydər Əliyev prospektində avtomobilini şübhəli şəkildə idarə edən iki sürücünü saxlayıb. Avtosfer.az xəbər verir ki, saxlanma zamanı sürücülərin narkotik vasitə olan “patı”dan istifadə etdikləri məlum olub. Heydər Əliyev prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətində irəliləyən “BMW” markalı, 99 XX 534 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Əliyev Araz Adil oğlu və “Ford Transit” markalı 99-US-246 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Sultanov Əfqan Bəhram oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1 maddəsiylə - nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, prixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə protokol tərtib olunub.
İş baxılması üçün aidiyyatı üzrə Nizami rayon Məhkəməsinə göndərilib.
Nərminə Əli
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















