Yol polisi narkotik qəbul edən üç sürücünü saxladı: həbs olunan var - FOTO

Nizami rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücüləri aşkarlayıb. Avtosfer.az xəbər verir ki, 77 PE 144 dövlət nömrə nişanlı, "İnfinity" markalı avtomobilin sürücüsü Ramis Allahverdiyev, 10 BY 400 dövlət nömrə nişanlı, "Chevrolet" markalı avtomobilin sürücüsü Akşin Quliyev və 90 RO 824 dövlət nömrə nişanlı, "Volkswagen" markalı avtomobilin sürücüsü Pünhan Məmmədov narkotik vasitə və "patı" çəkərək sükan arxasına əyləşib. Saxlanılan şəxslər müayinədən keçirilib və onların narkotik vasitələrin təsiri altında olduğu aşkarlanıb.
Sürücülər barəsində toplanmış materiallar aidiyyatı üzrə Nizami rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə Ramis Allahverdiyev və Akşin Quliyev bir il sürücülük hüququndan məhrum edilib. Pünhan Məmmədov isə il ərzində ikinci dəfə bu əməli törətdiyi üçün 5 gün müddətində inzibati qaydada həbs olunub və sürücülük hüququndan məhrum edilib.
Emin
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO















